"Azərbaycanda qaz itkiləri həddindən artıq çoxdur". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili vahid Əhmədov deyib.

Onun sözlərinə görə, qaz itkiləri aradan qaldırılsa, SOCAR-a əlavə vəsait ayrılmasına ehtiyac qalmayacaq.
V.Əhmədov "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanmalıdır.

Millət vəkili Qüdrət Həsənquliyev də həmkarı ilə razılaşıb və "Azəriqaz", "Azərişıq" və "Azərsu" ASC-nin özəlləşdirilməsini təklif edib: "Bu qurumların özəlləşdirilməsi bizim xərclərimizi azaldacaq və bu sahədə nizam intizamı gücləndirəcək".(apa)

.