"Əmək bazarında şəffaflaşmaya yönəlik islahatlar uzunmüddətli hədəflərə söykənir".

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk səhifəsində yazıb.

Nazir qeyd edib ki, bu il sosial sığorta üzrə daxilolmalar proqnozdan artıqdır: "Cari ilin iki ayında məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8% artıb, Proqnozdan əlavə daxilolma 65,4 mln. manat təşkil edir".

.