Azərbaycanda “Rəqəmsallaşma: enerji sektoru timsalında çağırışlar və imkanlar” mövzusunda tədbir keçirilib. 

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” səhifəsində paylaşım edib.

“Tədbirdə bp şirkətinin rəqəmsallaşma strategiyası, uğurlu təcrübəsi və əldə etdiyi nailiyyətlər təqdim olundu. Hesab edirik ki, qabaqcıl təcrübənın öyrənilməsi müəssisələrimizdə rəqəmsallaşma siyasətinin formalaşması və tətbiqi üçün faydalı olacaqdır”, - deyə M.Cabbarov bildirib.

Paylaşımı təqdim edirik:

.