"Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb".
Bunu təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ilk magistrlərinin Məzun günündə deyib.
Nazirin sözlərinə görə, bu da ali təhsildə keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin göstəricisidir və gələcəkdə elmi bazanın inkişafı üçün yaxşı zəmindir.
.
