Şamaxı şəhər sakini Məzi Şikarov Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik etdi.
Yenizaman.az təbrik mətnin  oxuculara təqdim edir:
Azərbaycanın birinci vitse-prezidenti, dəyərli Mehriban xanım! 
Siz ölkəmizin birinci xanımı olmaqla yanaşı, xalqımızın  nəciblik və mərhəmət simvolusunuz. Dövlətimizin təməl dayaqlarının möhkəmlənməsində, maddi-mədəni irsimizin qorunmasında, milli-mənəvi dəyərlərimizin təbliğindəki xidmətləriniz ölçüyəgəlməzdir. Qəti əminliklə demək olar ki, Siz dövlətimizin başçısı cənab İlham Əliyevin ən yaxın silahdaşı, ictimai-siyasi sferada əhəmiyyətli rola malik, beynəlxalq aləmdə yüksək mənəvi keyfiyyətləri ilə nümunə olan əsl Azərbaycan qadınısınız! 
Əziz və hörmətli Mehriban xanım! Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, şəxsi həyatınızda daimi xoşbəxtlik, fəaliyyətinizdə tükənməz enerji və uğurlar arzulayıram! Tanrı Sizi qorusun!
Hörmətlə: Məzi Şikarov,
Şamaxı şəhər sakini

.