Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 36 saylı seçki dairəsinin 3 və 4 saylı seçki məntəqələrinə jurnalistlərin buraxılmamaları, onlardan arayış istənilməsi məsələsinə münasibət bildirib.

Məzahir Pənahovun sözlərinə görə, bununla bağlı MSK-ya müraciət daxil olmayıb: "Bu, qanuna zidd addımdır. Polisin və məntəqə sədrinin jurnalisti seçki məntəqəsinə buraxmamaq hüququ yoxdur".
.