Məşhur model və “Instagram” ulduzu Negin Mirsalehi COVID-19-a yoluxduqdan sonra bədən quruluşunun necə dəyişdiyini nümayiş edib.

Bu barədə “Karavan” xəbər verib.

Bildirilir ki, İran əsilli Niderland modelin son zamanlar sosial şəbəkələrdə az şəkil paylaşması onun hamilə olduğu barədə söz-söhbətlərin yayılmasına səbəb olub. Bundan sonra Negin koronavirusa yoluxmanın onun bədənində qoyduğu təsirlərdən danışmaq qərarına gəlib.

Məşhur model xəstəlikdən əvvəl və sonra çəkilən şəkillərini paylaşaraq, bu müddət ərzində çox kökəldiyini bildirib.

 

“Üzümün dolğun göründüyü, krop-toplar geyinmədiyim, bu səbəbdən də hamilə ola biləcəyim, yaxud “gözəllik inyeksiyasından” istifadə etdiyim barədə çoxsaylı ismarıclardan sonra bu paylaşımları etmək qərarına gəldim. Əslində mən sadəcə xəstəlik müddətində  kökəlmişəm, bu səbəbdən açıq-saçıq şəkillər paylaşmaq istəmədim. Sonra anladım ki, utanacaq bir şey yoxdur. Bəzən kökəlmək yaxşıdır, idmanla məşğul olmaq istəməmək, nə istəsəniz yemək normaldır. İndi bədənimi və baş verən dəyişiklikləri qəbul etməyi öyrənirəm”, - deyə Negin bildirib.

Bununla belə model tam sağalandan sonra əvvəlki çəkiyə qayıtmağa düşündüyünü və artıq yava-yavaş məşqlərə başladığını bildirib.

 

.