Arda Turan və Aslıhan Doğan 6 aylıq ayrılıqdan sonra barışıb.
Türkiyə mətbuatı xəbər verir ki, "Barselona” klubunda oynayan futbolçunun keçmiş sevgilisi ilə 2 həftə əvvəl barışdığı deyilir. İddialara görə, Arda Turan Aslıhanı restoranda yeməyə dəvət edib. Aslıhan Doğan isə Arda Turanın təklifini qəbul edib və ona ikinci şans verib.
Xatırladaq ki, Aslıhan "Niyə ayrıldınız?" sualına bu cavabı vermişdi: "Münasibətlər və sevgi diqqət istəyir, amma biz bir-bimizə qarşı diqqətsiz davranmışıq. Prioritetlər dəyişib, bəzi şeyləri, hisslərimizi itirdik. Münasibətimizi davam etdirə bilmədik. Uzatmaq istəmədiyimiz üçün ayrılmağa qərar verdik”.
Publika.az
.
