İsraildə səfərdə olan Almaniya Baş naziri Angela Merkel İranla nüvə sazişi danışıqlarında mürəkkəb vəziyyətin yarandığını bildirib.

Almaniya Baş naziri İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını heç vaxt ideal saymadığını, lakin Tehranın atom silahına sahib olmasının qarşısını almaq üçün bundan yaxşı bir yolun olmadığını vurğulayıb.

“Hər gün İran uranı daha çox zənginləşdirir. Bu, özlüyündə kritik bir vəziyyətdir. Bu məsələnin həllində qarşımızda həlledici həftələr dayanır. Mən burada Rusiya və Çini də cavabdeh görürəm”, - deyə Almaniya Baş naziri vurğulayıb.

.