“Məni axtarmayın, problemlərim çoxdur və ailəmdən muğayat olarsınız”- İtkin düşən şəxsin son sözləri

6,152 oxunub

Quba rayon Alpan kənd sakini Qüdsi Əlixanovun itkin düşməsinin bəzi təfərrütaları məlum olub.

Alpan kənd sakini Şahbaba Əlixanov AzNews.az-a açıqlamasında bildirib ki, qardaşı Qüdsi Əlixanov sonuncu günü evdən bazara getmək adı ilə çıxıb:

"29 yanvarda evdən bazara getmək adı ilə çıxıb. İki gün axtardıq, amma bir xəbər çıxmadığından hüquq-mühafiqə orqanlarına məlumat verdik. İki uşağı var. Qardaşım sakit adamdır, kənddə kiminləsə hər hansı problemi olmayıb. Sakitcə başını aşağı salıb işini görən biri olub. Onun yoxa çıxması çox müəmmalıdır. Həddən artıq dost-tanışı olub. Onun banka borcu var, noyabr ayında kredit götürüb. Amma bu günə kimi borc sahibi hər hansı problem yaşamayıb.”

Şahbaba Əlixanov qardaşının sonuncu günü zəng edərək ailəsini ona həvalə etdiyini vurğulayıb: "29 yanvarda o, Qubada tanışları ilə çay içib. Günün ikinci yarısı onlardan ayılıb və saat 16:15-də mənə zəng edib. Deyib ki, "məni axtarmayın, problemlərim çoxdur və ailəmdən muğayat olarsınız” deyib telefonu söndürüb. Onun kənar adamlarla nə problemi varsa, onlar bizə məlum deyil.”

Quba rayon sakini itkin düşüb. Rayonun Alpan kənd sakini, 1965-ci il təvəllüdlü Əlixanov Qüdsi Kasbaba oğlu yanvarın 29-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşən şəxs Quba Qaz İstismar Sahəsində nəzarətçi işləyib.

.
XƏBƏRLƏR 27-09-2026
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
18:06 İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
18:03 CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
17:31 Tramp: İran nüvə silahına sahib ola bilməz
17:20 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb
17:15 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB
17:06 Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
Təqvim