İtaliyanın Recco-Kalabriya şəhərində keçirilən irimiqyaslı əməliyyat zamanı 79 mafiya nümayəndəsi həbs edilib.

Bu barədə İtaliyanın Baş naziri Corcia Meloni "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Recco-Kalabriya Mafiyaya qarşı Mübarizə Dairə İdarəsi "ndranqeta"ya (dünyanın ən qüdrətli və zəngin transmilli cinayətkar qruplaşmalarından biri - red.) çox güclü zərbə vurub. İrimiqyaslı əməliyyat nəticəsində 79 nəfər həbs edilib - bu, mafiya klanlarının maraqlarına vurulan bir zərbədir", - o qeyd edib.

C.Meloni bildirib ki, mafiya ilə mübarizə hökumət üçün prioritet təşkil edir və belə də qalacaq.

.