Fransanın şimalındakı "Qravelin" Atom Elektrik Stansiyasının (AES) filtrasiya sistemlərinə meduzaların kütləvi axını EDF şirkətini üç reaktorun fəaliyyətini dayandırmağa və dördüncüsündə elektrik enerjisi istehsalını azaltmağa məcbur edib.

Bu barədə BFMTV telekanalı şirkətin məlumatına istinadən bildirib.

"Bu vəziyyətin obyektlərin və personalın təhlükəsizliyi ya da ətraf mühit üçün heç bir fəsadı yoxdur", - şirkətdən qeyd edilib.

"Qravelin" AES bir il əvvəl də analoji problemlə üzləşmişdi. O zaman meduzalara görə dörd reaktorun fəaliyyəti dayandırılmışdı.

Fransanın hər yerində quraqlıq və isti hava səbəbindən AES-lərin fəaliyyətinin dayandırılması ilə bağlı rekord göstərici müşahidə olunur, bu da elektrik enerjisi istehsalına təsir edir. Avqustun 9-u elektrik enerjisində 15,6% kəsir müşahidə olunub.

.