Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bildirib.
M. Quliyev deyib ki, onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.

"Uşaqların da ölməsi faktları var”

"Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”.
Bunu da jurnalistlərə açıqlamasında general-leytnant Mədət Quliyev söyləyib.
M. Quliyev deyib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: "Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.

.