Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və vaxtı müəyyənləşib.

TASS verdiyi xəbərə görə, bu barədə MDB İcraiyyə Komitəsinin sədri–icra katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2022-ci il aprelin 8-də Düşənbədə keçiriləcək.

Qeyd edək ki, bu gün Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir, iclasda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da iştirak edir.

.