Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası oktyabrın 12-də Bakıda keçiriləcək.

Bu barədə MDB İcraiyyə Komitəsinin Mətbuat Xidməti xəbər verir.

Xatırladaq ki, iclas ilə bağlı təşkilati məsələlər sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkədə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin arasında baş tutmuş görüşdə müzakirə olunub.

.