Müstəqil Dövlətlər Birliyinin qeyri-formal sammitinin keçiriləcəyi tarix məlum olub.

Yenizaman Moskva bürosu xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Birliyin Türkmənistanda keçirilən sammitində çıxışında dövlət başçılarını bu ilin dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-formal sammitinə dəvət edib.

Putin hər il ənənəvi olaraq MDB dövlət başçılarının yeni il qabağı Sankt-Peterburqda görüşdüklərini xatırladıb.

.