
Azərbaycanda yanvarın 18-də keçirilən növbədənkənar prezident seçkilərinin monitorinqi çərçivəsində MDB Baş katibinin birinci müavini Leonid Anfimovun rəhbərlik etdiyi nümayəndə heyəti 49 saylı Abşeron 2-ci seçki dairəsində olub.
Yenizaman bu barədə MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir.
Səfər zamanı müşahidəçilər komissiyanın işi ilə tanış olub, seçki məntəqələrinin səsverməyə texniki-metodiki hazırlığını və seçici siyahılarının tərtibi işini qiymətləndiriblər.
Dairə komissiyasının sədri Rafiddin Nağdəliyev müşahidəçilərə bildirib ki, ərazidə ümumilikdə 36 məntəqə komissiyası yaradılıb və burada 49 min 579 seçici səsvermə hüququna malikdir. Onun sözlərinə görə, hazırda seçki komissiyalarının üzvləri ilə treninqlər keçirilir, burada seçki kampaniyası zamanı yarana biləcək vəziyyətlər təhlil edilir.
MDB-dən olan missiyanın müşahidəçiləri dairə komissiyasının qarşıdan gələn seçkilərə yüksək səviyyədə hazır olduğunu qeyd ediblər.
Xatırladaq ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
.