Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında iclasında iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 15-də keçiriləcək iclas çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyətin əsas nəticələri və gələcək inkişaf perspektivləri müzakirə olunacaq. Həmçinin aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Görüş iştirakçılarının MDB-nin 30 illiyi ilə əlaqədar bəyanat qəbul edəcəyi, habelə humanitar, hüquq-mühafizə, miqrasiya və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün bir sıra qərarlar qəbul edəcəyi gözlənilir.

.