
Oktyabrın 13-də Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Qırğızıstan Prezidenti Sadır Japarov iclasda aparılan müzakirələrin MDB-yə üzv ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb. Sadır Japarov MDB-yə sədrliyin Qırğızıstandan Rusiyaya keçdiyini elan edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinin MDB-yə sədrliyi dövründə prioritet hədəfləri barədə məlumat verib. Vladimir Putin MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn ilin oktyabrında Moskvada keçiriləcəyini vurğulayıb.
İclasda çıxış edən MDB-nin Baş katibi Sergey Lebedev imzalanacaq sənədlər barədə məlumat verib.
Daha sonra sənədlər imzalanıb.
Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatıb.
.