Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan, dost Azərbaycan xalqına böyük tərəqqi və firavanlıq arzulamaqdan məmnunluq duyuram.

Dost xalqlarımızın mənafelərinə xidmət etmək üçün ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafı naminə səylərimizi davam etdirmək niyyətimizi bir daha ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

.