Maşın sevdası şəmkirli əmioğlanlarını cinayətkar etdi

ARB TV xəbər verir ki, dekabr ayının 12-də, gecə saat 2 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndində quldurluq hadisəsi baş verib. Kənd sakini 30 yaşlı Günel Yusifova övladları ilə birlikdə tək yaşadığı fərdi yaşayış evində iki nəfər naməlum şəxsin hucumuna məruz qalıb. Zərərçəkənin sözlərinə görə, həmin şəxslər üzlərini görünməz hala salaraq soyuq silahla evə hucum çəkib. Əvvəlcə evin bir otağında axtarış aparan oğrular istədikləri qəniməti əldə edə bilmədikdə yataq otağına daxil olublar. Orada qadına bıçaqla hədə qorxu gələrək qızıl zinyət əşayları tələb olunub. Qadının həmin şəxslərdən birini tanıması quldurların istəyini ürəyində qoyub.

Günel Yusifova deyib: "Tappıldıya tez ayıldım. Gördüm ki, hər yer qaranlıqdır. Telefonu yandıran kimi yatdığım otağa girdilər. Başımın üstündə dayanıb qızıl, pul istədilər. Dedim yoxdur, kimsənsə çıx get. Təkidlə pul istəməyə davam etdilər. Başımın üstündə əlində bıçaqla duranı tanıdım. 

Zərərçəkənin yaxınları Şəmkir rayon polis şöbəsinin Kür bölməsinə məlumat verib. 

Əməliyyatçıların ilkin araşdırmasında sonra  quldurluq edən şəxslərdən birinin qonşuluqda yaşayan 33 yaşlı Xəyal Həsənov olduğu müəyyən edilib. İsti izlərlə keçirilən əməliyyat axtarış tədbiləri nəticəsində o, saxlanılıb. Dindirilmə zamanı isə hadisəni əmisi oğlu 27 yaşlı Rəşad Quliyevlə birgə törətdiyini etiraf edib. Məlum olub ki, əmi oğlanlarının niyyətləri quldurluq yolu ilə əldə etdikləri pulla Xəyal Həsənova avtomobil almaq imiş.

Xəyal Həsənov deyib ki, göyərti ilə 1 litr yarım araq içib oğurluq etməyə getdik: "İçəri girib pul tələb etdim. Dedi heç nə yoxdur".

Saxlanılan digər şəxs, Rəşad Quliyevin sözlərinə görə, onu oğurluğa Xəyal vadar edib: "Xəyal dedi ev var, girə bilərikmi? Maşın almaq istəyirəm. Dedim gedək deyirsən, gedək. Xəyal ayağı ilə qapını açıb içəri girdi. Mən də paltarların cibini yoxladım".

Qohumlar barəsində cinayət işi açılıb. Onların Qaracəmirli və ətraf kəndlərdə bu kimi əməllər törədib-törətmədiyi araşdırılır.

.