
Masallıda baş verən yol qəzasında ana və azyaşlı oğlu ölüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəzada ölənlər Əminə Fərəcova və oğlu, 2022-ci il təvəllüdlü Aslan Fərəcovdur. Qəzada xəsarət alanlar "Kamaz"ın sürücüsü Rəşid Nəsirov və "Kia"nın sürücüsü Şəhriyar Fərəcovdur.
Səhər saatlarında Masallı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ələt-Astara magistralında, Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Kamaz" və "Kia" markalı maşınların toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qəza nəticəsində ölənlər Əminə Fərəcova və oğlu, 2022-ci il təvəllüdlü Aslan Fərəcovdur.
Faktla bağlı araşdırma aparılır.
.