Masallıda 44 yaşlı kişi itkin düşüb.

Bu barədə yenizaman.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Ərkivan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qalib Eynulla oğlu Cəbiyev yanvarın 3-də səhər saatlarında yaşadığı evdən çıxaraq gedib və indiyədək geri qayıtmayıb.

Qalib Cəbiyevin əlamətləri bunlardır: orta boylu, arıq bədən quruluşlu, gözləri qara rəngdədir. Evdən çıxanda başında qara papaq, əynində göy rəngli cins şalvar və qara rəngli gödəkçə olub.

"Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

 Qalib Cəbiyev

.