Masallıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. 


APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 23-dən dekabrın 27-dək olan müddətdə rayonun 5 sakininə məxsus 22 baş qoyunu və 4 baş inəyi oğurlamaqda şübhəli bilinən həmyerliləri Şamxal Fərzəliyev və Nağı Rəsulov tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

.