Vaşinqton təzyiq və ya məcburiyyət yolu ilə Tayvan ətrafındakı status-kvonu dəyişdirmək üzrə hər hansı cəhdə qarşı çıxır.

Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz hazırkı status-kvoda heç bir dəyişikliyi dəstəkləmirik. Məcburiyyət və təzyiq vasitəsilə status-kvonun hər hansı formada dəyişdirilməsinin əleyhinə olardıq", - o qeyd edib.

Rubionun sözlərinə görə, Vaşinqton ikitərəfli görüşlər zamanı bu mövqeyini Çin tərəfinə aydın şəkildə çatdırıb.

.