Memorandumun imzalanması Azərbaycan və ABŞ münasibətlərinin daha da inkişaf etməsinə öz töhfəsini verəcək.
Bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Mark Hakef deyib.
O, Azərbaycan Güləş Federasiyası ilə imzalanan memorandum barədə fikirlərini söyləyib:
"ABŞ səfirliyi olaraq bu cür əməkdaşlığa görə Azərbaycan Güləş Federasiyasına təşəkkür edirəm. Azərbaycan bir çox belə idman tədbirləri keçirib. ABŞ-dən olan idmançıların Azərbaycanda təkcə idman tədbirlərində iştirak etmir, həm də ölkənin tarixi, mədəniyyəti ilə tanış olurlar. Bu proqramların çox böyük faydaları var. Bu həmçinin tərəflər arasında etimad və anlaşmanın səviyyəsini daha da artırır. Düşünürəm ki, "Sülh naminə güləş" təşkilatı və Azərbaycan Güləş Federasiyası arasında memorandumun imzalanması da bu münasibətlərin daha da inkiafına öz töhfəsini verəcək".
Qeyd edək ki, U-17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək.
.
