“Ötən il ÜDM-nin 5% azalacağı nəzərdə tutulmuşdu. Lakin hökumətin gördüyü dəstək tədbirləri, Dövlət Neft fondundan ayrılmalar hesabına bu azalmanın 4,3% olmasına nail olduq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, hökumət bütün sosial öhdəliklərin yerinə yetirilməsinə də nail olub: “Hazırda dünya energetikasında inqilabı dəyişikliklər baş verməkdədir. Ənənəvi enerji mənbələrindən imtina edilərək, yaşıl enerjiyə keçid olunur. Digər tərəfdən, ənənəvi yanacaq növlərindən elektrikə keçid baş verir. Neft müəyyən ölkələr üçün müəyyən təhdidlər formalaşdırmaqdadır. Ölkə iqtisadiyyatı bu çağırışlara da hazır olmalıdır. Bərpa olunan enerjisi alınması üçün artıq xarici investorlarla birlikdə 3 müəssisənin tikilməsinə dair razılıq əldə edilib. Bu çağırışlara cavab vermək üçün hökumətdə işlər aparılır”.

Nazir: “İşğaldan azad edilmiş ərazilərin dövlət iqtisadiyyatına reinteqrasiyası növbəti illərdə prioritet istiqamətlərdən olacaq”


“İşğaldan azad edilmiş ərazilərin dövlət iqtisadiyyatına reinteqrasiyası növbəti illərdə prioritet istiqamətlərdən biri olacaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ümumiyyətlə, investisiya proqramları ilə bağlı qəbul edilən layihələrin gələcəkdə saxlanılması xərcləri də nəzərə alınmalıdır: “Yeni modellərə keçid məsələsi burada qaldırılmışdı, bunlara baxılmalıdır. Burada həssas çıxışlara baxmayaraq, bildirim ki, qaldırılan bütün məsələlərə cavab verilir. Deputatların da hüququdur ki, məsələləri yenidən qaldırsınlar”.

.