
Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tusk "qətiyyətlilərin koalisiyası"nın görüşü üçün Kiyevə gediblər.
Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Qeyd olunb ki, "qətiyyətlilərin koalisiyası"nın görüşündə ölkə liderləri Ukraynada davamlı atəşkəsi müzakirə edəcəklər.
E.Makron bildirib ki, sülh sazişi Ukraynanın təhlükəsizliyinə zəmanət verməlidir: "Bu, üzərində işlədiyimiz məsələdir. Birlikdə irəliləyirik".
.