Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Viktor Orban İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumu qınadığını vurğulayıb, ölkəmizlə tam həmrəy olduğunu bildirib.

Macarıstanın hər zaman Azərbaycanın yanında olduğunu deyən Viktor Orban qeyd edib ki, ölkəmiz Macarıstana güvənə bilər, Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır.

Dövlətimizin başçısı telefon zənginə, nümayiş olunan dəstəyə və həmrəylik mövqeyinə görə minnətdarlığını bildirib.

.