
"Macarıstan Türk Dövlətləri Təşkilatına üzv olmaqdan qürur duyur. Bizim ölkəmiz Avropada böyük Türk mədəniyyətini təmsil edir".
Bunu Türk Dövlətləri Təşkilatının Macarıstan Təmsilçiliyinin icraçı direktoru Balazs Hendrik Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə ortaq ideya, gələcək və ortaq fəaliyyətin müzakirə olunduğu panel toplantında deyib.
O, ölkəsinin Türk Dövlətləri Təşkilatının fəaliyyətindəki rolunun önəmindən bəhs edib:
"Macarıstan Şərq və Qərb arasında körpü rolunu oynayır. Türk Dövlətləri Təşkilatının Budapeştdəki ofisi Avropa İttifaqı və Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı təşəbbüsləri dəstəkləyən bir qurumdur. Bu təşkilat Avropanın mərkəzində bizim ortaq dəyərlərimizin qorunmasına xidmət edir. Bu qurum vasitəsilə biz mədəniyyət və digər sahələrdə əlaqələrimizi gücləndirə bilərik. Təmsil etdiyim ölkə məhz buna çalışmaqdadır. Bugünkü panel bizə birliyin heç də mücərrəd anlayış olmadığını deməyə əsas verir. Macarıstan Türk Dövlətləri Təşkilatına üzv olmaqdan qürur duyur. Bizim ölkəmiz Avropada Böyük Türk Mədəniyyətini təmsil edir".
.