Ukrayna istənilən bəhanə ilə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır.

 “BelTa” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O əlavə edib ki, Belarusun hüquq-mühafizə orqanları dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını açıqlayır.

"Bütün hüquq-mühafizə orqanları dövlət sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edir. Ukrayna istənilən bəhanə ilə çox güman ki, NATO-ya üzv ölkələrin qoşunlarını münaqişəyə cəlb etməyə çalışır. Bütün bunları yaxın günlərdə Polşa ərazisinə raket hücumları təsdiqləyir”, - Lukaşenko vurğulayıb.

Prezident Lukaşenko eyni zamanda onu da qeyd edib ki, Belarus potensial rəqibini ölkəsinə qarşı hərbi güc tətbiq etməkdən çəkindirə bilir.

.