Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda uzunmüddətli həll üçün ümid yaradır.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə III Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib.
Lukaşenkonun sözlərinə görə, son dövrlərdə bir sıra uzunmüddətli münaqişələrin həlli istiqamətində irəliləyişlər əldə olunub və bu, regionda davamlı sülhün təmin olunması üçün önəmli addımdır.
“Son vaxtlar bir sıra uzunmüddətli münaqişələr üzrə çıxış yollarına nail olmaq mümkün olub, mən çox ümid edirəm ki, bu həll yolları uzunmüddətli olacaq… Azərbaycan və Ermənistan sülh sazişi imzalayıb… Bu, başlanğıcdır və ümid edirik ki, yaxşı başlanğıcdır”, - Belarus lideri vurğulayıb.
Belarus Prezidenti Qəzza zolağında baş vermiş iki illik müharibənin sona çatdığını və bunun yalnız başlanğıc olduğunu vurğulayıb. Lukaşenko bildirib ki, əldə olunan razılaşmalar regionda sabitliyin təmin olunması üçün əsas rol oynaya bilər.
.
