Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

O, bununla bağlı “X” hesabında paylaşım edib.

“Litva 1990-cı ilin yanvarında sovet təcavüzü zamanı şəhid olmuş günahsız insanların müqəddəs xatirəsini yad edən Azərbaycanın yanındadır.

Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin ruhları şad olsun”, - paylaşımda deyilir.

.