Lerikdə baş verən dəhşətli faciədə sağ qalan ata danışdı - Təfərrüat + Video

5,931 oxunub

"Oğlum boğulmuşdu, süni nəfəsdən sonra oyandı"

"İçəri girmək istədim, evi basıb dağıtdı"

Ötən gün saat 12:30-da Lerik rayonunda Əhliman Mustafayevə məxsus 3 otaqlı ev qar uçqunu altında qalıb.

ARB TV xəbər verir ki, baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

Həmin vaxt ailə üzvlərindən 5 nəfəri tamamilə dağılan otaqda olublar. Qar altında qalan ailə üzvləri 56 yaşlı Şövkət Mustafayeva, gəlini 23 yaşlı İlahə Mustafayeva, nəvələri 2 yaşlı Zəhra və 1 yaşlı Uğur Mustafayevlər uçqun zamanı həlak olublar. 8 yaşlı Elcan Mustafayev beşikdə olduğundan onu uçqun altında sağ çıxarmaq mümkün olub.

Dərhal hadisə yerinə cəlb olunan həkim briqadasının köməkliyi ilə körpə Lerik rayon xəstəxanasına çatdırılaraq ilkin tibbi yardım göstərilib və müayinələrdən keçirilib.

Körpənin atası Zöhrab Mustafayev bildirir ki, hadisə baş verən an həyətdə olub. Və qəfildən dağın ətəyindən qar uçqununun evə doğru hərəkət etdiyini görüb. Evdə olanları xəbərdar etməyə çalışsa da bu mümkün olmayıb.

Zöhrab Mustafayev - Körpənin atası: "Elə qapını açıb, içəri girmək istədim gördüm ki, evi basıb dağıtdı. Divar uçdu. Qardaşımın yoldaşı, 2 uşaq qaldı dağın altında. Oğlum qalmışdı 8 aylıq uşaq. Boğulmuşdu. Suni nəfəs verəndən sonra özünə gəldi".

Hadisə baş verəndən dərhal sonra Lerik rayon rəhbərliyi, FHN-nin Cənub regional mərkəzinin əməkdaşları Orand kəndinə yollanıblar.

Bu gün kənddə həlak olan ailə üzvlərinin dəfni həyata keçirilir. Rayon Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov bu məqsədlə İcra Hakimiyyəti başçısı tərəfindən lazımi köməkliyin göstəriləcəyini bildirdi.

Ərazidə qarın hündürlüyü 1 metrdən artıq olduğu üçün və qar çovğunu müşahidə olunduğundan hazırda texnikalar ərazidə iş aparır.

Uçquna səbəb isə evin dağın kənarında yerləşməsi və rayona yağan intensiv yağıntı nəticəsində 3-4 metr qarın yığılması olub.

Yenizaman.az


.
XƏBƏRLƏR 27-09-2026
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
18:06 İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
18:03 CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
17:31 Tramp: İran nüvə silahına sahib ola bilməz
17:20 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb
17:15 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB
17:06 Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
Təqvim