Yenizaman.az Arb Cənub-a istinadən bildirir ki, bir qrup Lerik sakininin ARB-yə etdiyi müraciətlə bağlı olacaq. Fermer təsərrüfatı ilə məğşul olan sakinlər müraciətlərində bildirirlər ki, uzun illər qışlaq sahəsi kimi istifadə etdikləri ərazilər indi onlardan alınır. Şikayətçilərin sözlərinə görə,bir neçə gün əvvəl Biləsuvar Rayon İcra Hakimiyyətindən onlara ünvanlanan məktubda bildirilir ki,istifadələrində olan örüş sahələrindən səmərəli istifadə etmədikləri üçün müqavilələrinə xitam verilib. Məsələyə aydınlıq gətirmək üçün əməkdaşlarımız obalara üz tutub təsərrüfatçıların problemini araşdırmağa çalışıb.Köçəri həyat tərzi yaşayan oba təsərrüfatçılarının problemini dinləmək üçün çəkiliş qrupumuzla birgə onların məskunlaşdığı ərazidə olduq. Özlərinin dediyi kimi ilin altı ayını Muğan düzündə keçirən bu insanlar 60-70 ildən çoxdur ki, bu yerlərdən qışlaq kimi istifadə edirlər.
Amma bir aya yaxındır ki, Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən onlara məktub ünvanlanaraq müqavilələrinə xitam verildiyi bildirilib. Məktubda xitam verilməsinə səbəb kimi örüşdən səmərəli istifadə etmədikləri göstərilib. Amma şikayətçilər yazılanlarla razılaşmırlar.
Qeyd edək ki, 48 min hektara yaxın dövlət fonduna daxil olan ərazi sovetlər dönəmindən örüş sahəsi üçün nəzərə tutulub. Kolxoz və sovxoz təsərrüfatları dağılandan sonra isə əmlak və örüş sahəsi işçilər arasında bölünüb. 2007-ci ildən aparılan torpaq islahatı zamanı femerlərlə yenidən müqavilə imzalanıb. İndi burada 60-a yaxın obanın 35 min baş davarı qışlayır. Fermerlər bu tələb qarşısında çarəsiz qaldıqlarını bildirirlər.
Fermerlər deyir ki, bu torpaqlardan əkin sahələri üçün istifadə etmək mümkün deyil. Orüş sahələri 3-4-cü kateqoriyaya daxil olduğu üçün burada heç ot da bitmir.
Şikayətçilər bildirir ki, hər obada 4-5 təsərrüfat birləşib. Bu təsərrüfatlarda hər il birgə əməyin sayəsində orta hesabla 10 tonlarla heyvandarlıq məhsulları, o cümlədən 100 tonlarla ət istehsal edilir. Sakinlərin səslədnirdiyi iddialara aydınlıq gətirmək üçün Biləsuvar Rayon İcra Hakimiyyətindən açıqlama istəsək də suallarımız cavabsız qaldı. Amma ətin qiymətinin qalxdığı bu günlərdə bu haqda düşünməyə dəyər.
