Avqustun 24-də saat 09 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran Rayon Prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***

Lənkəranda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Qətlə yetirilən Əfsanə Lələzadənin dayısının verdiyi xəbərdə bildirir ki, qadın və həyat yoldaşı Nicat Lələzadə 5 ilə yaxındır ayrı yaşayıblar.

Qeyd edilib ki, Əfsanə Lələzadə boşanmaq istəsə də, Nicat Lələzadə buna etiraz edib. "Bu gün Nicat səhər saatlarında Əfsanənin evdən çıxmasını gözləyib. Əfsanə dükanın qabağına gələndə ona yaxınlaşıb, aralarında yaranan mübahisə zəminində özü ilə gətirdiyi bıçaqla ona bir neçə zərbə endirib. Əfsanə xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb".

***
Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri könüllü polisə təslim olub.

Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək təslim olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Lənkəranda qadın qətlə yetirilib.

Hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

1995-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş yaralarla Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

O, xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.

Ə.Lələzadənin qətlində həyat yoldaşı şübhəli bilinir.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

.