Lənkəranda əvəllər məhkumluq həyatı yaşamış 2 vətəndaşdan külli miqdarda narkotik vasitə olan tiryək və güclü təsiredici maddə aşkarlanaraq götürülüb. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonunun Digah kənd sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Yalçın Məmmədovun idarə etdiyi minik avtomobili saxlanılıb. Yoxlama zamanı avtomobildən və maşındakı sərnişin, Lənkəran şəhər sakini, əvvəllər məhkumluq həyatı yaşayan 37 yaşlı Əbülfəz Cəbiyevin üzərindən 2 kiloqramdan çox tiryək, 146 ədəd plastik qutuda güclü təsiredici maddə "Maytreks” həbi aşkarlanaraq götürülüb. Əbülfəz Cəbiyev narkotikin ona Astara rayonunda tanımadığı şəxs tərəfindən verildiyini, Yalçın Məmmədov isə bu işdə yalnız sürücü qismində iştirak etdiyini bildirib. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.


.