“WhatsApp” mesencerinin istifadəçiləri yalnız bir dəfə görünən mesajlar barədə məlumat verməyə başlayıblar. Bu mesajların mətni sonradan yoxa çıxır.

Məlumata görə, bu funksiya yalnız mesencerin beta versiyasında mövcud olsa da, dünyanın müxtəlif yerlərindəki istifadəçilər ona təsadüfi giriş əldə ediblər.

Xüsusilə, bu funksiyanın istifadəçilərə qarşı tərəfə mətni çatda görünməyən mesaj göndərə bilərlər. Həmsöhbət ekranda yalnız “text” yazısını görəcək. Mesajı oxumaq üçün onun üzərinə klikləmək lazımdır.

Həmçinin qeyd olunur ki, mesencer alıcıya bu elementin skrinşotunu çəkmək imkanı verməyəcək, onları göndərmək və ya kopiyalamaq mümkün deyil.

Mesajı oxuduqdan sonra pəncərə bağlanacaq və proqram onu ​​ikinci dəfə açmayacaq.

.