“WhatsApp”da mesajların redaktə etmə funksiyası aktivləşib.

 “WhatsApp”da mesajı redaktə etmək üçün göndərdiyiniz mesajı sıxaraq açılan seçimlərdən “redaktə edin”nin üzərinə klikləmək lazımdır.

“WhatsApp”da redaktə edilmiş mesajların göndərən tərəfində “redaktə edilmiş” etiketi görsənir. Redaktə yalnız mətn mesajlarına aiddir. Fotoşəkil, video və sənədləri paylaşarkən bu funksiyadan istifadə etmək olmur.

.