“Twitter” mikrobloqlar xidmətində “Clubhouse” sosial şəbəkəsinə bənzər “Spaces” xidməti fəaliyyətə başlayacaq.

Bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, yeni funksiyanın sınanmasında şirkətin qurucusu Cek Dorsey iştirak edib.

Funksiyanın test nəticələri barədə hələ məlumat verilməyib.

Hazırda yeni xidmət “iOS” və “Android” əməliyyat sistemli cihazların məhdud sayda istifadəçiləri üçün mövcuddur.

“Clubhouse” - səs əsaslı yeni sosial şəbəkədir. Oradan ancaq dəvətlə qeydiyyatdan keçmək olur. Xidmətdə adi mətn mesajları yoxdur, amma spikerlərin danışdığı xüsusi virtual otaqlar var.

Sosial şəbəkə məşhurların, xüsusən də “SpaceX”in qurucusu Elon Maskın diqqətini cəlb etdiyi üçün qısa müddətdə dünya səviyyəsində populyarlıq qazanıb.

 

.