Okeanda 112 il əvvəl batan məşhur “Titanik” gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb.
Bu barədə “Henry Aldridge & Son” hərrac evi məlumat yayıb.
Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astora məxsus olub. Qızıl saat yeni sahibinə 1Ö175 milyon funt sterlinq (1,38 milyon avro) qazandırıb. Saatı adının açıqlanmasını istəməyən amerikalı kolleksioner alıb.
Bu, “Titanik”-lə bağlı xatirə əşyaları arasında qiymətinə görə yeni rekorddur. Bundan əvvəl rekord göstərici 2013-cü ildə 1,1 milyon funt sterlinqə satılan skripka ilə bağlı olub.