
“Telegram” sosial şəbəkə servisi dünyada ən çox yüklənən proqramların ilk beşliyinə daxil olub.
Bu barədə “Sensor Tower” analitik şirkətin məlumatında deyilir.
Belə ki, “App Store” və “Google Play”də “Telegram” 2022-ci ilin birinci rübündə yükləmələrin sayına görə ilk beşliyə daxil olub.
Yükləmələrin sayına görə, birinci yerdə “Tik-Tok”, ikinci və üçüncü yerdə müvafiq olaraq “Instagram” və “Facebook”, dördüncü yerdə “WhatsApp” gəlir.
.