“Taliban” rəhbərliyi şiə məscidində törədilən terror aktını qınayır və partlayışı törətməkdə İŞİD-in Xorasandakı qolunu günahlandırır”.

Bunu “Taliban” hökumətinin İnformasiya Nazirliyinin sözçüsü Bilal Kərimi bildirib.

Kərimi deyib ki, hadisəsi ilə əlaqədar araşdırmalara başladılıb: “Cinayətkarlar tapılacaq və cəzalandırılacaq”.

Xatırladaq ki, oktyabrın 15-də Əfqanıstanın Qəndəhar şəhərində şiə məscidində törədilmiş terror aktı nəticəsində azı 62 nəfər ölüb, 68 nəfər yaralanıb.

.