Rusiyanın “Rosatom” dövlət korporasiyası mütəxəssislərini İrandakı Buşehr Atom Elektrik Stansiyasına (AES) qaytarmağa başlayıb.
Bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçov bildirib.
Onun sözlərinə görə, mühəndis-texniki heyətdən ilk 5 nəfər artıq Buşehr AES-ə qayıdıb və işə başlayıb.
Növbəti mütəxəssis qrupunun yaxın iki həftə ərzində stansiyaya göndərilməsi planlaşdırılır.
Lixaçov bildirib ki, proses plana uyğun davam edərsə, payızda layihədə çalışan “Rosatom” əməkdaşlarının sayı 100 nəfərə çatdırılacaq.
.
