Müstəqil kinorejissor Mehdi Ağayevin rəhbərliyi altında istehsal olunan "Qız qalası" qısametrajlı melodram filmi, Azərbaycan kinosunun beynəlxalq alanda uğurlarından birini təşkil edir. Film ABŞ, İtaliya, Türkiyə, Sinqapur, Rumıniya, Litva, Norveç və Slovakiya da daxil olmaqla, səkkiz aparıcı beynəlxalq festivalda mükafatlar qazanaraq, ölkəmizi qürurla təmsil etmişdir,
1.Cambria Film Festival -2023 Nominee Audience Award-Best Short
2.Iconic Images Film Festival -2022 Winner Iconic Images Film Festival Award-Best Twisted      Final
3.Boden International Film Festival-2022 Nominee BIFF Award
4.Halicarnassus Film Festival -2023 Winner June Award-Best Editing
5.Anatolia International Film Festival-2022 Nominee - Best Short Film
6.International Film Festival Golden Beggar-2022 Winner Golden Beggar Award-Best Short Film
7.Rome Prisma Independent Film Awards - 2022 Nominee August Award - Best Short Film
8.Short Film Factory - 2022 Winner Best Short Film- Best Relationships
9.World Film Carnival, Singapore - 2022 Winner Best Short Film- Best Romantic Short

Filmin mərkəzində həyatının müxtəlif kəsişmələrində təsadüfən qarşılaşan iki fərqli insanın hekayəsi dayanır. Bu insanlar arasındakı dərin bağ və şəxsi münasibət develop olunur və sonradan hər birinin "can yoldaşı" ilə tanış olduqları ortaya çıxır. Bu hekayə, sevgi, anlayış və təsadüflərin həyatdakı rolunu vurğulayır.

Filmdə baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa edirlər. Hər bir aktorun performansı, hekayənin emosional yükünü artıraraq, tamaşaçılara dərin təsir bağışlayır.
 
"Qız qalası" filminin post istehsalı, Kanadada tanınmış kino prodüserləri İntizar Qasımov və Asgar Rəhimovun rəhbərliyi altında həyata keçirilmişdir. Bu əməkdaşlıq, filmin keyfiyyətinin artırılmasında və beynəlxalq müstəvidə daha geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır.
Ümumilikdə, "Qız qalası" filmi yalnız bir kino əsəri olaraq deyil, həm də Azərbaycanın mədəniyyətini və yeni istehsalçılarını beynəlxalq miqyasda tanıdan bir layihə kimi önəm daşıyır. Bu film, gələcəyə ümidlə baxan yaradıcıların səylərinin bir göstəricisidir.
 

.