COVID-19-un Omicron ştamına qarşı effektiv peyvənd martda hazır olacaq.

"CNBC" kanalı verdiyi xəbərə görə, bunu "Pfizer"in icraçı direktoru Albert Bourla deyib.

Onun sözlərinə görə, şirkət artıq ilkin dozaların istehsalına başlayıb.

Albert Bourla peyvəndin COVID-19-un digər variantlarını da hədəf alacağını deyib. O, Omicron peyvəndinə ehtiyac olub-olmamasının və ya necə istifadə ediləcəyinin hələ də bəlli olmadığını, lakin bəlli dozaların hazır olacağını bildirib. O qeyd edib ki, peyvəndin mümkün qədər tez hazırlanmasını istəyən hökumətlər var.

.