Sərfəli mobil operator “Nar”ınböyük maraq və həyəcanla izlənilən “Çoox Şanslı” stimullaşdırıcı lotereyası möhtəşəm final mərhələsi ilə yekunlaşıb. Lotereyanın final tədbiri tamaşaçıların iştirakı ilə xüsusi şou proqram formatında keçirilib.
Final mərhələsində lotereyanın ən böyük və ən dəyərli hədiyyəsi olan “Li L9 Ultra” avtomobilinin sahibi Vüqar Hümmətov olub. “Nar” qalibi təbrik edərək onaavtomobilin açarını təqdim edib.
Beləliklə, ötən ilin oktyabr ayında start götürən “Çoox Şanslı” lotereyası çərçivəsində oynanılan bütün hədiyyələr sahiblərini tapıb. Lotereya müddətində ümumilikdə 77 ədəd “Xiaomi Redmi Note 14 Pro” smartfonu, 11 ədəd “Haval H6 Ultra” avtomobili, eləcə də böyük final hədiyyəsi olan “Li L9 Ultra” avtomobili qaliblərə təqdim olunub.
Qeyd edək ki, “Çoox Şanslı” lotereyası “Nar”ın abunəçilərinə əlavə dəyər yaratmaq, onların gündəlik həyatına sevinc qatmaq məqsədi ilə həyata keçirilib və lotereya boyunca abunəçilər tərəfindən yüksək maraqla qarşılanıb.

.