Sərfəli təklifləri və sosial layihələri ilə seçilən “Nar” 23 Aprel Ümumdünya Kitab Günü münasibətilə Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Füzulidə yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin kitabxanasına yeni kitablar hədiyyə etdi.
Kitabların təqdimatında “Nar”ın təmsilçiləri, layihənin tərəfdaşı olan Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin nümayəndələri və Mirzə Uluqbəy adına məktəbin müəllim və şagird heyəti iştirak edib.
Hədiyyə edilən kitablar məzmunca həm ibtidai və orta sinif şagirdləri, həm də yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Eləcə də, müxtəlif ensiklopediyalar, lüğətlər və Zəfər tariximizdən bəhs edən kitablarla zənginləşdirilən bu kitabxana Füzuli şəhərinin sakinləri üçün də açıqdır.
Qeyd edək ki, müştərilərinə sərfəli qiymətə mobil rabitə imkanları təqdim edən “Nar” özünün davamlı sosial layihələri ilə cəmiyyətin inkişafına töhfə verir. Bu layihələrin əsas istiqaməti Azərbaycanın bölgələri, o cümlədən, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarıdır.
“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

.