Əslən Azərbaycandan olan milyarder Vahid Ələkbərovun “Lukoyl” şirkəti yenidən “Rusiyanın 200 ən iri özəl şirkəti” reytinqində birinci yeri tutub.

Siyahı Rusiyanın "Forbes" jurnalı tərəfindən tərtib olunub və nəşrin saytında dərc edilib.

"Lukoyl" un 2020 -ci il üçün gəliri 5639 milyard rubl təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 28% azdır. Şirkətdə 108 min işçi çalışır.

İkinci yerdə 1 978 milyard rubl gəlir və 339 min işçi ilə “X5 Retail Group” qərarlaşıb. Üçlüyü “Maqnit” (1553,8 milyard rubl) riteyleri qapayıb.

Ümumilikdə, Rusiyanın 200 ən böyük özəl şirkət il ərzində 43,4 trilyon rubl gəlir əldə edib, bu da bir il əvvəlkindən 1,1 trilyon rubl azdır.

.