“Fənərbaxça” qapıçısı Dominik Livakoviçlə yollarını ayırıb.

İstanbul təmsilçisi xorvatiyalı qolkiperin transferi ilə bağlı “Barselona” ilə razılıq əldə olunduğunu açıqlayıb.

31 yaşlı qapıçı karyerasını İspaniya nəhəngində davam etdirəcək.

“Fənərbaxça” yaydığı açıqlamada Livakoviçə komandadakı xidmətlərinə görə təşəkkür edib və futbolçuya karyerasının yeni mərhələsində uğurlar arzulayıb.

Qeyd edək ki, Dominik Livakoviç 2023-cü ildə Zaqreb “Dinamo”sundan “Fənərbaxça”ya transfer olunmuşdu.

.